Bu çaylar sizi isindirməklə yanaşı həm də gumrahlıq, enerji verərək gözəl əhval-ruhiyyə bəxş edir.
Narlı çay
Tərkibi:
-
840 ml su
-
50 qr qəhvəyi şəkər tozu
-
1 sm zəncəfil kökü
-
2 dənə mixək
-
2 paket qara çay
-
120 ml nar suyu
-
30 ml limon suyu
-
1 çubuq darçın
-
1 ədəd cirə ulduzu (badyan)
Hazırlanma qaydası:
Balaca qazanda su, şəkər tozu, zəncəfil, mixək, darçın və cirə ulduzunu qarışdırın. Ocağın üzərinə qoyun və qarışdaraq qaynadın. 2 dəqiqə qaynadın və ocaqdan götürün. Süzün və paket çay əlavə edib 10 dəqiqə saxlayın. Çay paketini qarışıqdan çıxarın və limon suyu, nar suyu əlavə edib qarışdırın. Yenidən ocağın üzərində ilıdın və isti halda limon dilimi və darçın çubuğuyla birlikdə xidmət edin.
Zəncəfilli çay
Tərkibi:
-
1 ədəd portağal
-
50 ml laym suyu
-
80 ml zəncəfil suyu
-
80-100 ml bal
-
bir neçə nanə yarpağı
-
400 ml su
Hazırlanma qaydası:
Portağalı çox xırda doğrayın, çaynikə tökün. Üzərinə laym və zəncəfil suyunu da əlavə edin. Bal və nanə yarpağı da əlavə edib qaynar su tökün. 5-10 dəqiqə kənarda dəm alması üçün gözlədin.
Almalı və vanilli çay
Tərkibi:
-
təxminən 100 qr alma
-
100 qr armud
-
50 qr portağal
-
50 qr limon
-
40 ml vanil siropu və ya vanil şəkəri
-
bir az darçın
-
450 ml qaynar su
Hazırlanma qaydası:
Bütün meyvələri xırda doğrayın və çaynikə tökün. Darçın və vanil siropu da əlavə edin. Qaynar su töküb 15 dəqiqəlik kənarda dəmləməsi üçün gözləyin.