Qırmızı gilas mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik. Ümid edirik, ki bu resept köməyinizə çatacaq.
Qırmızı gilas mürəbbəsi
Tərkibi:
- 2 kq qırmızı gilas
- 2 kq şəkər tozu
Hazırlanma qaydası:
Gilaslar yuyulur, çəyirdəyi cixardılır. Şəkərin üzərinə 1 stəkan su tökülüb, aşağı odda əridilərək, mət hazırlanır. Gilaslar mətin içinə tökülür ki, biraz qızıb,şirəni özünə çəksin. Qaynamağa başlayanda ocaq söndürülüb, mürəbbə kənara çəkilir. Tam soyuduqdan sonra, ikinci dəfə ocağın üzərinə qoyulub, bişirilir. İsti-isti kəfi yığılıb, götürülür. Soyuduqdan sonra sterlizə edilmiş bankalara yığılıb, ağzı kip bağlanılır.
Reseptə görə, Afaq xanıma minnətdarıq.