Bir çox tərəvəz və meyvənin mürəbbəsi bişirildiyi kimi acı bibərin də mürəbbəsi olur. Fərqli bir dad axtaranlara təklif etdiyimiz acı bibər mürəbbəsi, tünd qırmızı rəngi və konsistensiyasi ilə digər mürəbbələrə bənzəyir. Acı yeməyi sevənlərin çox bəyənəcəyi bu mürəbbə reseptini dostlarınızla bölüşərək onların da bu ləzzəti kəşf etməyini təmin edə bilərsiniz.
Qırmızı acı bibər mürəbbəsi
Порций:
Время приготовления:
Tərkibi:
- 5 ədəd qırmızı acı bibər
- 5 ədəd qırmızı ətli kapya bibəri
- 2 stəkan şəkər tozu
- 1 stəkan su
- 1 qaşıq limon suyu
Hazırlanma qaydası:
Qırmızı acı bibərləri və kapya bibərlərini yaxşıca yuyun , saplağını kəsin və tumlarını çıxarın.
Bibərləri kub şəklində doğrayın. Doğradığnız bibərləri bir qazana qoyun və üzərinə şəkər tozu əlavə edərək 2 saat gözlədin.
1 stəkan su əlavə edərək zəif odda qaynayana qədər bişirin.
Qaynadıqdan sonra orta odda 40 dəqiqə qarışdıraraq bişirməyə davam edin.
Ocağı söndürməzdən əvvəl limon suyunu əlavə edin.
10 dəqiqə gözlədikdən sonra bankaya dolduraraq qapağını bağlayın. Bankaları tərs çevirərək saxlayın.
Nuş olsun!

Еще с сайта: