Qat-qat xəmirli “yerkökü” salatı
Порций:
Время приготовления:
Tərkibi:
Borucuqlar üçün:
-
500 qr qat-qat xəmir
-
tomatla qarışdırılmış yerkökü suyu
Salat üçün:
-
2 ədəd toyuq filesi
-
2 ədəd təzə xiyar
-
2 ədəd yumurta
-
şüyüd
-
mayonez
Bəzəmək üşün şüyüd və ya cəfəri
Hazırlanma qaydası:
Qat-qat xəmiri dəzgahın üzərinə oxlovla yayın. Xəmirdən eni təxminən 1 sm olan zolaqlar şəklində xəttlər kəsin. Folqa kağızından konus formalı bükün və xəmir zolaqlarını kağızın üzərinə “yerkökü” formasında dolayın.
Borucuqalrı soba sinisinə yerləşdirin, tomatla qarışdırılmış yerkökü suyuyla (və ya narıncı qida boyası) borucuqları rəngləyin. Borucuqları sobada bişirin.
Salat üçün yumurtanı suda bişirin, soyudun və rəndənin iri gözündən keçirin. Toyuğun döş ətini də suda bişirin, soyudun və əlinizlə didin. Şüyüdü xırda doğrayın. Bir qaba didilmiş toyuq əti, rəndənin iri gözündən keçirilmiş yumurta, xiyar və xırda doğranmış şüyüd tökün. Duz, istiot səpin və mayenoz əlavə edib qarışdırın. Salatı bir plastik torbaya tökün və paketin küncündən boşluq yaradacaq şəkildə kəsin. Soyuyan borucuqların içərisini salatla doldurun. Salatın üzərinə bir neçə cəfəri budağını batırın. Salat hazırdır.Yerkökü borucuqlarını istədiyiniz salatla doldura bilərsiniz.
Nuş olsun!
Еще с сайта: