Qat-qat xəmirdən ən maraqlı və ən dadlı resept təqdim edirik. Elə bilməyin ki, kartofdan başqa heç bir ərzaqdan fri hazırlamaq mümkün deyil. Bu da sübut. Alma piroqu friləri
Qat-qat xəmirdən ən maraqlı və ən dadlı resept təqdim edirik. Elə bilməyin ki, kartofdan başqa heç bir ərzaqdan fri hazırlamaq mümkün deyil. Bu da sübut. Alma piroqu friləri
Bu şirniyyatın hazırlanması , həm olduqca əyləncəli, həm də çox sadədir. O qədər sadədir ki, cəmi bir şəkilə baxıb, rahat bişirəcəksiniz.
Yenə də, qaydanı izah edək ki, tam dəqiq olsun.
Öncə qat-qat (milföy) xəmiri unlanmış dəzganın üstünə qoyun. Bu həm dairəvi, həm də kvadrat formalı xəmir ola bilər. Sonra, xəmirin üzərinə alma cemi sürtün. Sonra eyni formalı digər xəmiri də cemin üzərinə döşəyin. Bıçaq və ya pizzadoğrayanla gördüyünüz kimi, uzunsov, nazik şəkildə kəsin.
Çubuqların üzərinə yumurta sarısı çəkib, şəkər tozu, darçın və üyüdülmüş fındıq(zövqə görə) qarışımı səpin. 180 dərəcə isidilmiş sobada 15 dəqiqə üzəri qızaranadək bişirin.
NUŞ OLSUN!