Qat-qat xəmirdə armud
Порций:
Время приготовления:
Tərkibi:
-
2 ədəd armud
-
200 qr qat-qat xəmir
-
30 qr qəhvəyi şəkər tozu
-
1 ədəd yumurta
Hazırlanma qaydası:
Dəymiş şirin armudu orta hissəsindən kəsərək iki yerə bölün. Tumlarını çıxarın və zolaqlar şəklində çərtin.
Qat-qat xəmiri oxlovla yüngül yayın və armudu üzərinə yerləşdirin. Bıçaqla armudun ölçüsündən yarım santimetr artıq kəsin.
Yumurtayla çimdik şəkər tozunu çırpın. Armudun kənarlarında qalan qat-qat xəmirə çırpılmış yumurta yaxın. Xəmirin üzərinə və armudun zolaqlarının arasına qəhvəyi şəkər tozu səpin. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə qızılı rəng olanadək bişirin.
Nuş olsun!
Еще с сайта: