Bütün qışı yeməklərin yanında ləzzətlə yeyəcəyiniz qarışıq turşunu elə bugün hazırlayın.
Qarışıq turşu
Lazım olan ərzaqlar:
- 3 kq turşuluq kələm
- 0.5 kq kök
- 0.5 kq xiyar
- 0.5 kq bibər (acı+ şirin)
- 2 baş sarımsaq
- 1 dəstə kərəviz yaxud cəfəri
- 4 x/q duz
- 2 x/q şəkər tozu
- 1x/q sirkə
- 1.5 lt su.
Hazırlanma qaydası:
Ərzaqlar yuyulub, doğranılır. İri bir qaba yığılıb üzərinə 3 x/q duz səpilir. Hərden əzməmək şərtilə qarışdırılır. 3-4 saat qalıb suyunu buraxdıqdan sonra, öz suyu atılır. Turşu üçün yeni su hazırlanır. Öncə su qaynadılır. Sonra üzərinə 1 x/q duz, şəkır tozu və sirkə əlavə edilib, qarışdırılır. Turşunun üzərinə tökülüb, qabın ağzı bağlanır. Qabı qalın odealla örtüb, tam soyutduqdan sonra qapağını açıb, turşunu şüşə bankalara yığmaq lazımdır. 1 neçə gün soyuq yerdə saxladıqdan sonra, qarışıq turşunu süfrəyə vermək olar.
NUŞ OLSUN!
Resept üçün Afaq İsrafilovaya minnətdarıq.