Bütün qışı qarğıdalının dadından zövq almaq istəyənlər üçün qarğıdalı marınadı reseptimizi təqdim edirik.
Qarğıdalı marinadı
Tərkibi:
- qabığından və saçaqlarından təmizlənmiş təxmini 8 ədəd qarğıdalı
- 1 x/q duz
- 150 qr şəkər tozu
- 2 x/q 9 faizlik sirkə
- 1 tablet aspirin
Hazırlanması:
Qarğıdalıları bankaya doldurub, üzərinə qaynar su doldurun, şəkər tozu, duz, aspirin, sirkəni də töküb, birdəfəlik qapağı üzərinə qoyun. Qapaqbağlayan alətlə kip bağlayın. İsti odeala büküb, 1 neçə saat saxladıqdan sonra, sərin yerə qoyun.
Qarğıdalı marinadını 1 həftə saxladıqdan sonra yemək olar.
NUŞ OLSUN!