"Qaraqum" piroqunun hazırlanma qaydası o qədər asandır ki, şirniyyat bişirməyi bacarmayanlar belə bu işin öhtəsindən gələcəklər.
“Qaraqum” piroqu
Tərkibi:
- 200 qr marqarin
- 1 stəkan şəkər tozu
- 1 ədəd yumurta
- 1 stəkan un
- yarım ç/q soda
- 1 çimdik duz
- mürəbbə (zövqə görə)
Hazırlanma qaydası:
Yumurtanı şəkər tozu ilə qarışdırın. Marqarini əridib, kütləyə tökün. Un,soda və duzu da səpib, qarışdırın. Xəmir elastik alınmalıdır. Xəmirin 1/4 hissəsini ayırıb, dondurucuya qoyun. Yerdə qalan xəmiri dibi yağlanmış soba sinisinə əlinizlə nazik yayın. Üzərinə nazik qat mürəbbə yaxın. Soyuducudakı kündəni götürüb, mürəbbənin üzərinə sürtgəcin iri gözündən mürəbbənin üzərinə rəndələyin. 180 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirin.
NUŞ OLSUN!