Qırmızı qarağat mürəbbəsi reseptimiz burada.
Qırmızı qarağat mürəbbəsi
Tərkibi:
- 1 kq qaragat
- 1 kq şəkər tozu
Hazırlanma qaydası:
Qarağatlar saplaqlarından təmizlənib, ehtiyyatla yuyulur. Şəkər tozunun üzərinə 0.5 stəkan su tökülüb, aşağı odda şirə bişirilir. Meyvələr şirənin içərisinə tökülür, bir neçə saat şirədə saxlanılır. Sonra aşağı odda bişirilir. Qaynamağa baslayanda, altı söndürülüb, kənara çəkilir. Tam soyuduqdan sonra yenidən orta odda (bərk qaynamamalıdır)10 deqiqe bisirilib hazır olur.
QEYD: Bu meyvənin murəbbəsi tez hazır olur. Ona gorə də, qətiyyən digər murebbələr kimi çox qaynatmaq olmaz.
Reseptə görə, Afaq İsrafilovaya minnətdarıq.