Artıq tut mövsümü başlayıb. Bu faydalı meyvədən doşab, mürəbbə, kompot və spirtli içkilərin hazırlanmasında istifadə olunur. Biz isə, tut ilə piroq bişirəcəyik.
Qara tut ilə piroq
Tərkibi:
- 250 qr un
- 2 ədəd yumurta
- 0,5 ədəd limon qabığı(rəndələnmiş)
- 1 paket vanil
- 1 çay qaşığı qabartma tozu
- 300 qr qara tut
- 1 stəkan şəkər tozu
- 1 stəkan yağsız qatıq
Hazırlanması:
Bir qabda 2 yumurta və 1 stəkan şəkər tozunu mikserlə çalın. Yarım limonun qabığını sürtgəcdən keçirin. Yumurtalı qarışımın üzərinə qatıq ,qabartma tozu, vanil, rəndələnmiş limon qabığını və un töküb birlikdə qarışdırın. Diametri təqribən 24 sm olan soba sinisini yağlayıb unlayın.Xəmirin yarısını siniyə töküb üzərinə 300 qr qara tut yerləşdirin.Daha sonra üzərinə xəmirin digər yarısını əlavə edin. 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.
Faydalı və ləzzətli Qara tut piroqunu çay süfrəsində nuş edə biləırsiniz.