Qara gavalı salatı
Порций: 6 NƏFƏRLİK
Время приготовления:
2 SAAT
Tərkibi:
-
10 ədəd quru gavalı (çox qurudursa 5 dəqiqə suda saxlayıb yumuşaltmaq olar)
-
1 ədəd toyuğun döş əti
-
1 ədəd yaşıl alma
-
3 ədəd yumurta
-
1 ədəd xiyar
-
2 x/q rəndələnmiş qoz
-
100 qr rəndələnmiş holland pendiri
-
mayonez, duz, istiot
Hazırlama prossesi:
Əti bişirib, xirda hissələrə bölürük, mayonez, duz, istiot əlavə edib, boşqaba yayırıq. Əgər mənim salatım kimi alınmasını istəyirsinizsə boşqabın ortasına stəkan cevirib qoyun və ərzaqları ərdıcıllıqla stəkanın ərtafına dairəvi formada yayın. Yumurtaları bişirib, təmizlədikdən sonra sürtgəcin xırda gözündən keçirib, eyni qaydada mayonezləyib, duz, istiot səpirik. Üzərinə sürtgəcdən keçirilmiş almanı və xırda doğranmış gavalı qurusunu da tökürük. Sonra sürtgəcdən keçirilib, mayonezlənmiş xiyarı yayıb duz və istiot səpib, qozu da üzərinə tükürük. Sonda isə stəkanı ehtiyyatla götürün. Rəndələnmiş holland pendiri ilə salatın üzərini örtün. İstədiyiniz bəzəyi verib, soyuducuya qoyun. Quru qara gavalı salatı soyuq formada, isti yeməklərdən öncə süfrəyə verilir.
NUŞ OLSUN!
Еще с сайта: