Qara ciyər blinçiklərindən ruletlər

Порций:   Время приготовления:

Ənənəvi üsulla hazırlanan blinçiki həm də qara ciyərdən hazırlaya bilərsiniz. Qeyri-adi dadıyla bu qəlyanaltı Yeni il də daxil olmaqla bütün bayram süfrələrinin bəzəyi ola bilər.

Tərkibi:

Xəmir üçün:

  • 900 qr qara ciyər

  • 6 ədəd yumurta

  • 0,5 stəkan süd

  • 10 xörək qaşığı un

İçlik üçün:

  • 5 ədəd yumurta

  • 2 ədəd əridilmiş pendir

  • 3-4 xörək qaşığı mayonez

  • duz zövqə görə

  • təzə şüyüd zövqə görə

Hazırlanma qaydası:

Qara ciyərləri blenderdə əzin.

Üzərinə yumurta, süd, duz və un əlavə edib yenidən blenderlə yaxşıca qarışdırın.

Duru blinçik xəmirindən tavaya töküb 1-2 dəqiqəyə nazik blinçiklər bişirin.

İki tərəfli bişən blinçikləri soyudun.

İçlik üçün yumurtaları suda bişirin və xırda kub şəklində doğrayın. Doğranmış yumurtalara mayonez, rəndələnmiş əridilmiş pendir, xırda doğranmış şüyüd vurub qarışdırın.

Bişən və soyuyan blinçikə qalın qat içlik yaxın.

Blinçiki rulet şəklində bükün və iki hissəyə bölün.

Eyni şəkildə qalan blinçiklərə içlik yaxın, rulet şəklində bükün və kəsin. Qara ciyər blinçiklərindən hazırlanan ruletləri süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Метки записи: , ,