Hazırlanma qaydası çox sadə olan Portağallı piroq bişiririk. Bu piroqun kalori faizi aşağı olduğu üçün rahatlıqla yeyə bilərsiniz.
Portağallı piroq
Piroqun tərkibi:
- 2 ədəd yumurta
- yarım stəkan süd
- yarım stəkan bitki yağı
- 300 qr un
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 8 x/q şəkər tozu
- 50 qr kokos yonqarı ( istəyə görə)
- 2 portağalın suyu
- 2 qaşıq şəkər tozu
Hazırlanma qaydası:
1 Yumurta və şəkər tozunu mikserlə çırpırıq. Üzərinə süd, yağ, vanil və qabartma tozunu da əlavə edirik. Sonda ələnmiş unu yavaş-yavaş töküb, qarışdırırıq. Xəmiri soba qabına töküb, əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə 30 dəqiqə bişiririk.
2 Piroq bişən müddətdə, portağalı sıxıb, şirəsini çıxarırıq. Üzərinə şəkər tozu səpib, qaşıqla qarışdırırıq. Sobadan çıxmış piroqu 10 dəqiqə gözlədib, şirəni üzərinə gəzdirərək, tökürük.
2 Zövqə görə üzərinə kokos yonqarı səpib, dilimlənmiş portağalla bəzəyirik.
NUŞ OLSUN!
