“Portağallı möcüzə” deserti

Порций:   Время приготовления:

GLPm75PDN5M

Jelatin həvəskarı olanlar bu portağallı yüngül və azkalorili deserti sınaqdan keçirə bilər.

Tərkibi:

  • 2 ədəd portağal
  • 450 ml süd
  • 200 qr şəkər tozu
  • 8 qr vanil
  • 20 qr jelatin
  • 400 ml su

Hazırlanma qaydası:

Portağalları yuyun və portağalın birinin qabığını soyun. Portağal qabıqlarını 300 ml suda qaynadın və süzün. Jelatinin üzərinə 100 ml su tökün və şişməsi üçün kənara qoyun. Portağal suyuna 100 qr şəkər tozu və qabaran jelatini əlavə edib qızdırın (qaynatmayın!)  Portağalın birinin qabığını rəndələyin. İki  portağalın şirəsini sıxın. Jelatinli şirəyə portağal qabığı və portağal şirəsi əlavə edin. Ayrı qabda südün üzərinə 100 qr şəkər tozu və vanil əlavə edib qarışdırın, qızdırın. Qalan jelatini də əlavə edib qarışdırın. Formaya portağallı kütləni tökün və bərkiməsi üçün soyuducuya yerləşdirin. Bərkiyən qatın üzərinə südlü kütləni tökün və yenidən soyuducuya yerləşdirin. Eyni qayda ilə qatları təkrarlayın. Portağallı jeleni 6 saatlıq soyuducuda saxlayın. Daha sonra boşqaba səliqəli  çevirin. Portağallı desertiniz hazırdır! Nuş olsun! GLPm75PDN5M
Метки записи: ,