Portağallı çizkeyk
Порций:
Время приготовления:
Tərkibi:
Alt qat üçün:
- 100 qr şokoladlı peçenye
- 80 qr əridilmiş kərə yağı
- 500 qr maskarpone pendiri
- 4 ədəd yumurta
- 100 ml 33 % lik qaymaq
- 100 qr şəkər tozu
- 500 ml portağal suyu
- 1 xörək qaşığı rəndələnmiş portağal qabığı
- 1 xörək qaşığı portağal likörü(vacib deyil)
- 2 xörək qaşığı qarğıdalı nişastası
Hazırlanma qaydası:
Alt qat üçün peçenyeni blenderde toz halına gətirin. Üzərinə əridilmiş yağ töküb qarışdırın. Diametri 16-18 sm olan formanı yağlayın və peçenyeni formanın dibinə üstdən basaraq yayın. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 10-15 dəqiqəlik bişirin.
İçlik üçün yumurtaları qaymaq, şəkər tozu, portağal suyu, portağal qabığı, nişasta, maskarpone pendiri, likör və duzla birlik tel çırpıcıyla yüngül çırpın. Qarışığı formaya alt qatın üzərinə tökün. Böyük ölçülü soba sinisinə su töküb, qarışığı əlavə etdiyiniz formanı suyun içinə yerləşdirin. 1 saat ərzində bişirin. Daha sonra sobanın qapısı açıq halda 1 saat soyudun. Hazır olan çizkeyki bir neçə saatlıq soyuducuya yerləşdirin. Zövqə görə siropa batırılmış portağal dilimləriylə bəzəyin. Dilimləyərək süfrəyə verin.
Nuş olsun!


Еще с сайта: