Portağal qabığında Türk qəhvəsi
Порций:
Время приготовления:
Tərkibi:
- 1 portağal
- 2 çay qaşığı türk qəhvəsi
- 1 çay qaşığı şəkər tozu
- 1 stəkan su
Hazırlanma qaydası:
Portağalın üst qismini kəsin. Suyunun bir qismini sıxın və qaşıq köməyi ilə içini oyun. Portağal qabığının içinə 2 çay qaşığı türk qəhvəsi, 1 çay qaşığı şəkər tozu və 1 stəkan su töküb ocağın ən kiçik gözünə qoyun. Arabir qarışdıraraq dəmlənməsini gözləyin. Üzərində köpüklər yarandıqda kofeniz hazırdır. Fincana töküb içə bilərsiniz.
Nuş olsun!
Еще с сайта: