Plitə, soba, paltaryuyan maşının dəstək və düymələrinə əvvəlki təmizliyi necə qaytaraq?

Порций:   Время приготовления:

Soba, paltar və qabyuyan maşınlar xüsusən də plitələrin düymə və dəstəkləri tez ləkələnir. Bunu təmizləməyin ən sadə və ucuz yolunu tapmışıq.

plita

Sizə lazım olacaq:

  • istənilən aptekdən ucuz qiymətə əldə edəcəyiniz "нашатырно-анисовые капли"( naşatırlı anis damcıları )
  • süngər
  • pambıq

İstifadə qaydası:

Bildiyimiz kimi, adıgedən məhlul öskürək üçün nəzərdə tutulub. Lakin biz onunla yağ və kir ləkələrini təmizləyəcəyik. Bi neçə damcı naşatırlı- anis məhlulunu pambığa batırıb, ləkələrin üzərinə gəzdirin. Sonra süngərlə yaxşıca sürtün.

Bu prosesi həyata keçirən zaman mütləq əlcək taxın.

nasha

Метки записи: