Mədənizi rahatlaşdıran bu ləzzətli şorbanı asanlıqla hazırlaya bilərsiniz.
Pərpətöyünlü şorba
Tərkibi:
- 1 stəkan süzmə qatıq
- duz
- 2 diş sarımsaq
- 1 dəstə pərpətöyün
- 2 litr su
- 1 stəkan bişmiş buğda yarması
- zeytun yağı
- qırmızı toz bibər
Hazırlanma qaydası:
İlk öncə süzmə qatığı, əzilmiş sarımsağı , duz və suyu bir qabda çırpın.
Pərpətöyünü xırda-xırda doğrayın və bişirdiyiniz buğda yarmasını da qarışığa əlavə edin.
Üzərinə zeytun yağı və qırmızı toz bibər tökərək soyuq olaraq süfrəyə verin.
Nuş olsun!
