Pəhrizdə olanlar üçün yulaflı kotlet

Порций:   Время приготовления:

Sağlamlığa çox faydalı olan yulaf yarmasından kotlet reseptini təqdim edirik.

Tərkibi:

(20 ədəd kotlet üçün)

  • 2 stəkan yulaf yarması

  • 2 orta ölçülü kartof

  • 2 ədəd soğan

  • göyərti

  • 1 diş sarımsaq

  • yarım stəkan qaynar su

  • duz

  • qızartmaq üçün zeytun və ya günəbaxan yağı

Hazırlanma qaydası:

Yulaf yarmasının üzərinə qaynar su tökün, qapağını örtüb 15-20 dəqiqəlik kənarda saxlayın.

Kartofların qabığını soyun və rəndənin iri gözündən keçirin.

Əzilmiş və ya xırda doğranmış sarımsaq, xırda doğranmış göyərti, qızardılmış soğan və duz əlavə edib qarışdırın.

Üzərinə suda isladılmış yulaf yarmasını da əlavə edin və yaxşıca qarışdırın.

Əlinizlə kotletlər yuvarlayın. Kotletləri zeytun yağı və ya günəbaxan yağında qapaq örtəmədən orta odda ikitərəfli qızardın.

Nuş olsun!

Метки записи: