Paytaxt salatı.Olivye
Порций: 8 -10
Время приготовления:
60 dəq
Ərzaqlar:
-
4 yumurta
-
4 kök
-
4 kartof
-
3-4 duzlu xiyar
-
1 ədəd təzə xiyar (orta ölçüdə)
-
200-300 qr bişmiş ət
-
0,5 (qırmızı) soğan
-
200 qr yaşıl noxud
-
Mayonez
-
0,5 dəstə keşniş
-
0,5 dəstə şüyüd
Hazırlanması:
Yumurtaları yuyun, kartofu və kökü əvvəlcədən təmizləyin, qaynadın. Tərəvəzləri həddən artıq bişirməyin ki doğrayanda əzilməsin. Əti duzlu suda bişirin və soyudun. Bütün tərəvəz və yumurtanı eyni ölçüdə doğrayın. Soğanı, şüyüdü və keşnişi incə və gözəl doğrayın. Noxud əlavə edin. Ərzaqları qarışdırın və 1 saatlıq soyuducuya qoyun. Mayonezi salatı masaya təqdim etdikdə əlavə edin ki, salat təzə qalsın və su verməsin. Mayonez sevməyənlər Olivye salatına xama əlavə edə bilər. Salatı soyuducuda 2 gündən artıq saxlamayın. Nuş olsun!!!
Еще с сайта: