Orqanizmi təmizləyən və çəkini azaldan 3 içki

Порций:   Время приготовления:

Detoks içkilər orqanizmi təmizləyir və çəkinin azalmağına kömək edir. Bu içkiləri müntəzəm olaraq içdikdə orqanzmdə olan toksinləri çıxarmağa köməkçi olurlar. Onlar həmçinin bədənə enerji verir və əhval-ruhiyyəni artırır.

 

1. Orqanizmi təmizləyən sitrus ve kokoslu içki

Bu mocuzəli içkini 1 həftə müntəzəm olaraq içdikdə qandaki toksinləri təmizləməyə köməkçi olur.

Tərkibi:

  • 1 ədəd pomelo (sitrus meyvə)
  • 1 ədəd laym
  • 1/2 limon
  • 1/2 kokos
  • 2 litr su
  • Nanə yarpaqları (zövqə görə)

Hazırlanma qaydası:

Sitrus meyvələri yaxşıca yuyun və dilimləyin. Meyvə dilimlərini 2 litr su olan bardağa tökün. Kokosu təmizləyin, balaca tikələrə bölün və bardağa əlavə edin. Bir neçə nanə yarpağı əlavə edib təxminən 2 saat kənarda saxlayın.
Bu detoks içkidən gündə 2-3 stəkan qəbul edin.

2. Kivi və çiyələkli detoks içki

Tərkibində A və E vitaminləri olan bu içki antioksidant xassələrə malikdir və sərbəst radikalların zərərli təsirlərindən hüceyrələri qoruyur.

Tərkibi:

  • 2 litr su
  • 200 qr çiyələk
  • 3 ədəd kivi

Hazırlanma qaydası:

Kivini soyun və nazik dilimləyin. Su dolu bardağa kivi dilimlərini və çiyələyi əlavə edin. İçkini bir neçə saatlıq soyuducuya yerləşdirin. Gün ərzində bir neçə dəfə içə bilərsiniz.

3. Limon və zəncəfilli detoks içki

Zəncəfil və limon birlikdə həzmə kömək olur. Artıq çəki ilə mübarizədə ideal detoks içkidir.

Tərkibi:

  • 300 ml su
  • yarım limon suyu
  • 1 xörək qaşığı rəndələnmiş zəncəfil kökü(10 qr)

Hazırlanma qaydası:

Suyu qaynadın, qaynamağa başladıqda limon suyu və zəncəfil əlavə edin. Ocaqdan götürün və 2 saat soyudun. Bu içkini səhər ac qarına 1 stəkan için,yeməkdən yarım saat sonra daha 1 stəkan için.

Метки записи: , , , ,