Narqaralı plov

Порций:   Время приготовления:

6

Narqaralı plov Qarabağın əsasən Ağdam zonasının əvəzolunmaz xörəyidir. Azərbaycanın iqlimi zəngin olduğu üçün torpağı bərəkətli, təbiəti çox məhsuldardir. Əgər Lənkəranda sitrus meyvələr yetishirsə, Qəbələ öz şabalıdı, Quba alması, Sabirabad qarpızı, Göyçay narı ilə dünyaya səs salıb. Bu siyahını günlərlə uzatmaq olar amma biz bugün narqaralı plov hazırlayacağımız üçün bütün fikirimizi narda cəmləyəcəyik.

Tərkibi:

  • 2 ortaölçülü nar

  • 3 ədəd soğan

  • 2 x/q şəkər tozu

  • 1 ç/q duz

  • ərinmiş kərə yağı

  • sarıkök

Hazırlama qaydası:

Əvvəlcə narları dənələrə ayırırıq. Daha sonra soğanları soyub yarımhalqa doğrayırıq. sogasss Soğanı yağda qızardırıq. Soğan qızaranda narları da əlavə edirik. Üzərinə təxmini 3 x/q su, 2 x/q şəkər tozu, 1 ç/q duz əlavə edib aşağı odda bişiririk. Nar özü də su buraxacaq. Yağa düşənə yaxın tavanın qapağını açıb, birazca sarıkök də əlavə edirik. Artıq narqaramız hazırdır. Keçək plova

  •  600qr uzun düyü

  •  əridilmiş kərə yağı

  •  iki çimdik zəfəran

Düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana sudoldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artiq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük. Bu dəfə hazır lavaşdan qazmaq edəcəyik. Lavaşı qazanın dibinə qoyub üzərinə süzülmüş düyünü, yarım stəkan qaynar suda dəmlədiyimiz zəfəranı və 150qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40dəqiqəyə plovumuz hazırdır.

Əziz oxucular, narqaralı plovu toyuq əti ilə də süfrəyə verə bilərsiz. Bunun üçün kənarda toyuğu qaynadıb, dəmə qoyulan düyünün altina qoymaq lazımdır. Şuşa bölgəsində isə bu povu narqara hazır olduqdan sonra üzərinə yumurta çırpıb bir neçə dəqiqə bişirib sonra süfrəyə verirlər. Mən isə narqaralı plovu sadəcə narqara ilə sevirəm. Təbii ki, zövqlər müxtəlifdir.

Narqaralı plov süfrəyə isti halda verilir.

Hörmətli oxucularımız, əgər sizin də maraqlı plov reseptləriniz varsa bizimlə paylaşın.

Narqaralı plov Narqaralı plov 3 Narqaralı plovNarqaralı plov Narqaralı plov Narqaralı plov

Метки записи: