Qabığından tutmuş pərdəsinədək şəfalı olan, ən dadlı meyvələrdən biri nardan mürəbbə hazırlamaq mümkündür.
Nar mürəbbəsi
Tərkibi:
- 1 ədəd turş nar
- 1 ədəd şirnin nar
- 1 kasa şəkər tozu
- yarım limon
Hazırlanması:
Narları dənələyib, bir qaba tökün. Üzərinə elə təxmini bu ölçüdə də şəkər tozu əlavə edin. Qabın qapağını örtüb, nar dənələrinin suyunu buraxmağını gözləyin. Sonra bu qarışımı çox aşağı odda bişirin. Rəngi tündləşib, tam bişdikdən sonra, üzərinə yarım limonun suyunu sıxıb, ocağı söndürün. Bu ləzzətli mürəbbə turşməzə dad sevənlər üçündür. Onu həmçinin plovla da süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN!