Nar bilərziyi salatı

Порций: 8 dilim   Время приготовления: 2 saat

Nar SalatMaraqlı görünüşə və unudulmaz dada malik, Nar bilərziyi salatını hazırlayıb, qonaqlarınızı təəccübləndirin.

Tərkibi:

  • 4 ədəd kartof

  • 5 ədəd yumurta

  • 4 ədəd kök,

  • 2 ədəd çuğundur

  • 1 ədəd toyuğun döş əti

  • mayonez

  • duz, istiot

Üzəri üçün

  • 2 ədəd narın dənələri

Hazırlanma qaydası:

Toyuğun döş əti bişirilib, bıçaqla uzunsov doğranıb, əllə didilir. Kartof, kök və yumurta suda bişirilir. Soyuduqdan sonra, qabıqları soyulub sürtgəcin böyük gözündən keçirilir ve duzlanır. Çuğundur  çiy halda qabığından təmizlənib,  sürtgəcdən keçirilir ve suyu süzülür. Böyük boşqabın ortasına üzü aşağı formada stəkan qoyulur. Stəkanın ətrafına birinci kartof səpilib, yayılır. Üzərinə  mayonez  çəkilir. Sonra isə qalan ərzaqlar bu qayda ilə kartofun üzərinə lay-lay düzülür. Sonuncu qata çuğundur yayılıb, üzəri nar dənələri ilə örtülür. Sonra stekan ehtiyatla salatın ortasından çıxarılır.

Bir neçə saat soyuducuda gözlətdikdən sonra Nar bilərziyi salatı süfrəyə verilir.

NUŞ OLSUN! Nar Salat

 

 

 

 

Метки записи: