Doğmalarınızın ad gününə bişirəcəyiniz ən dadlı tort reseptlərindən biri Moruqlu və limonlu tort.
Doğmalarınızın ad gününə bişirəcəyiniz ən dadlı tort reseptlərindən biri Moruqlu və limonlu tort.
Yumurtalara 2 stəkan şəkər tozunu az-az tökərək, köpüb 2 -3 qat artana qədər mikserlə çalın. 1 limonun sedrasını(qabığını) və şirəsini töküb qarışdırın. Unu vanil və qabartma tozuyla qarışdırıb, yumurtalara ələyərək töküb ehmalca taxta qaşıqla qarışdırın. Xəmiri yağlı kağız sərilmiş qaba töküb, 170-180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Krem üçün yağ və qatılaşdırılmış südü mikser vasitəsilə çalın. Biskvit tam soyuduqdan sonra 2 və ya 3 yerə bölüb korjların arasına krem çəkin.Hər korjun arasına bol moruq düzüb, üstünü zövqə görə bəzəyin. Nuş olsun!
Resept üçün Liza Əliyevaya minnətdarıq.