“Mokko” tortu
Порций:
Время приготовления:
Tərkibi:
Biskvit üçün:
-
250 qr un
-
1/4 çay qaşığı qabartma tozu
-
4 xörək qaşığı kakao
-
115 qr şəkər tozu
-
2 ədəd yumurta
-
150 ml duru yağ
-
150 ml süd
Krem üçün:
-
1 çay qaşığı qəhvə
-
1 xörək qaşığı su
-
300 ml yağlı qaymaq (35%)
-
2 xörək qaşığı şəkər tozu
Hazırlanma qaydası:
Biskvit üçün unu qaba ələyin, üzərinə kakao, qabartma tozu, şəkər tozu, yumurta, süd və yağ əlavə edib mikserlə çırpın. Xəmiri iki hissəyə bölün və bir hissəsini diametri 24 sm olan yağlanmış soba sinisinə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Qalan xəmiri də bişirin və soyudun.
Krem üçün suda qəhvəni həll edin. Qaymağı qatılaşanadək çırpın. Qəhvəni qaymağa əlavə edib çırpmağa davam edin.
Biskviti kremləyin, ikinci biskviti üzərinə qoyub yenə kremləyin. Tortun üstünə rəndələnmiş şokalad səpin. Tortu soyuducuya yerləşdirin və 1 gün qaldıqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş olsun!


Еще с сайта: