Misir tortu

Порций:   Время приготовления:

40Dadlı və doyumlu Misir tortunun resepti artıq saytımızda

 

Tərkibi:

Hər 3 korj üçün ayrılıqda:
  • 3 ədəd yumurtanın ağı
  • 2.5 x/q şəkər tozu
  • 1/2 x/q un
  • 50 qr üyüdülmüş qoz və ya fındıq
Krem üçün:
  • 10 ədəd yumurta sarısı
  • 10 x/q şəkər tozu
  • 5 x/q un
  • 2 paket vanil
  • 350 ml süd
  • 170 qr kərə yağı
Xırçıldayan krem üçün:
  • 350 ml qaymaq
  • 200 qr şəkər tozu
  • 120 qr doğranmış qoz və ya fındıq

Hazırlanma qaydası:

Krem üçün yumurta sarılarını, şəkər tozunu, südü, unu və vanili qarışdırırıq. Kütləni ocağın üzərinə qoyub, möhkəm qaynayanadək qarışdırmağa davam edirik. Sonra ocağı söndürüb, kremi kənara çəkirik. Yenidən 2 dəqiqə qarışdırırıq. Krem soyuduqdan sonra, içinə yumşalmış kərə yağını töküb, mikserlə çalırıq.

Kremi bir müddət soyuducuya qoyub,korjları hazırlayırıq. Yumurta ağlarını mikserlə yaxşıca çalıb, üzərinə şəkər tozu əlavə edirik. Sonra yenidən çalmağa davam edirik. Un və üyüdülmüş qozu da töküb, qarışdırırıq. Xəmiri yağlı kağız sərilmiş soba qabına töküb, öncədən 170 dərəcə qızdırılmış sobada təxmini 20 dəqiqə bişiririk. Hər korj bişdikdən sonra eyni qaydada digərini bişiririk. Beləcə 3 korj hazırlayırıq.

Şəkər tozunu ocağın üzərində rəngi tündləşənədək bişiririk. Bişdikdən sonra karamelləşmiş şəkəri perqament kağızın üzərinə tökürük. Şəkər tez soyuduqdan sonra,üzərini də perqament kağızla örtüb, oxlovla əzirik, lakin çox xırdalamırıq.

Qaymağı mikserlə yaxşıca çırpıb, üzərinə əzdiyimiz şəkəri və doğranmış qoz və ya fındığı tökürük.

Tortun hazırlanmasına keçirik. Hər bir korjun üzərinə öncə hazırladığımız kremden, sonra isə xırçıldayan kremden sürtürük. Bu prosesi 3 dəfə təkrarlayırıq. Tortun kənarlarını da xırçıldayan kremlə bəzədikdən sonra, bir müddət kənarda gözlədirik.

Dadlı Misir tortunu çay süfrəsinə verə bilərik.

NUŞ OLSUN!

misir_tortu

Метки записи: