Qonaqlıq süfrələrinizi bəzəyəcək fərqli görünüşlu, çox dadlı salat resepti ilə tanış olun.
Mimoza topları
Ərzaqlar:
- 1 ədəd kartof
- 1 ədəd yerkökü
- 2 ədəd yumurta
- 70 qr holland pendiri
- 30 qr yaşıl soğan
- 4 x/q ağ küncüt
- 2 x/q mayonez
- duz, istiot
Hazırlanma qaydası:
Öncə kartof, yerkökü və yumurtanı qaynadın. Soyudub, qabıqlarını soyun. Kartofu, yerkökünü və yumurtanı sürtgəcin gözündən keçirin. Qarışdırdıqdan sonra üzərinə xırda doğranmış yaşıl soğan da tökün. Pendiri də rəndənin xırda gözündən keçirib, qarışıma əlavə edin. Zövqə görə duz və istiotlayıb, mayonez qatıb, qarışdırın. Əlinizlə qozdan bir az böyük ölçülü kürələr hazırlayın. Tavada birazca qovrulub, soyudulmuş küncütə batırıb, 30 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN!