Yeni il mimoza salatı
Порций: 6
Время приготовления:
45 dəq
Mimozanı hazırlamaq üçün lazım olan ərzaqlar:
-
3 ədəd kartof
-
4 ədəd yerkökü
-
2 ədəd yumurta
-
1 toyğun döş əti
-
2 ədəd turşu xiyar
-
surtgəcdən keçirilmiş 100 qr holland pendiri
-
Duz, istiot, mayonez
DEKOR üçün
-
1 ədəd yaşıl bibər
-
1 ədəd bişmiş yerkökü
-
4 ədəd yumurtanın ağı
-
1 ədəd pomidor
-
Konservləşdirilmiş qarğıdalı
-
Konservləşdirilmiş qara zeytun
Hazırlanma qaydası:
Mimozanı hazırlamaq üçün bişmiş kartof, yumurtanın sarısı, yerkökünü növbə ilə sürkgəcdən keçirib arasına duz, istiot və mayonez səpin. Sonra didilmiş döş əti, xırda doğranmış turşu xiyar və rəndələnmiş holland pendirini eyni qaydada salatın üzərinə düzün. Salatı bıçaq və əlinizlə qar adam formasına gətirin. Daha sonra yumurtanın ağını sürtgəcin xırda gözündən keçirib salatın üzərini onunla örtün. Göz, qaş və düymələri konservləşdirilmiş zeytunla düzəldin. Pomidorla qar adamın ağzını, yerkökü ilə burun və şərfini hazırlayıb yapışdırın. Fantaziyanızı işə salıb başqa tərəvəz və meyvələrdən bəzək kimi istifadə edə bilərsiniz.
Əziz sayt izləyicilərimiz, əgər sizin də maraqlı əl işləriniz varsa lütfən bizimlə bölüşün.
Еще с сайта: