Salatların ləzzətli tərkib hissəsi olan mayonezi evdə özünüz hazırlaya bilərsiniz.
Ev şəraitində mayonezin hazırlanma qaydası
Tərkibi:
- 1 ədəd yumurta
- 1 çay qaşığı xardal
- 1 stəkan duru yağ (məsələn, zeytun yağı)
- 1 çimdik duz
- 1 çay qaşığı limon suyu və ya sirkə
- 1 qaşıq qaynar su
Hazırlanma qaydası:
Otaq temperaturunda olan yumurtanı dərin və təmiz bir qaba sındırın. Üzərinə duz, limon suyu və qaynar suyu sürətlə əlavə edib, köpüklənənədək mikserlə qarışdırın. Duru yağı və xardalı da, yavaş- yavaş qarışıma tökərək, dayanmadan mikserlə çalmağa davam edin. Kütlə getdikcə bərkiməyə başlayacaq. Yaxşıca qatılaşandan sonra, mayonez hazırdır. Evdə hazırlanan mayonezi ən çox 2 və ya 3 gün ərzində istifadə etmək olar
NUŞ OLSUN!