Mayonez salatlarımıza ləzzət qatan əsas atributdur. Lakin onun tərkibindəki kalori sürətli kökəlməyə səbəb olur. Odur ki, sağlam həyat tərzi seçənlər artıq mayonezi digər faydalı souslarla əvəzləyirlər. Siz də, sınayın. Beləcə istədiyiniz salatlardan yeyib, ideal bədən ölçülərinizi qorumuş olacaqsınız. Zəncəfilli, xardallı sous
Mayonez əvəzləyicisi arıqladan Zəncəfilli sous
Tərkibi:
- 200 qr yağsız xama
- 2 ç/q xardal ( горчицa)
- 1 ç/q zəncəfil tozu
- 1 ovuc xırda doğranmış süyüd
Hazırlanması:
Doğranmış şüyüdü xardalla qarışdırın. Üzərinə xama və zəncəfil tozunu da töküb, qarışdırın. 30 dəqiqə saxladıqdan sonra sousu istənilən salatın hazırlanmasında istifadə edə bilərsiniz.
NUŞ OLSUN!