Marinə edilmiş sarımsaq turşusu
Порций:
Время приготовления:
Tərkibi:
-
1 kq sarımsaq
Marinə üçün:
-
1 litr su
-
200 qr şəkər tozu
-
100 qr duz
-
1 xörək qaşığı dənə istiot
-
1 xörək qaşığı zirə
-
2-3 dənə ətirli istiot
-
1-2 ədəd mixək
-
5-6 dənə qabıqlı hil
-
2-3 dəfnə yarpağı
-
15 ml uksus
Hazırlanma qaydası:
Sarımsaqların kötüyünü kəsin və üst qabıqlarını soyun, ancaq baş hissəsi bütöv qalsın.
Bir qazanda su qaynadın.
Kənarda bir qabda buzlu su hazırlayın (sarımsaqları tez soyutmaq üçün).
Sarımsaqları hissə-hissə qaynayan suya tökün və 1-2 dəqiqə sonra çıxarıb buzlu suya tökün.
Bir az soyuyan sarımsaqları bankalara düzün.
Çuğundurları (sarımsağa rəng vermək üçün ) dilim şəklində kəsin.
Bankalara sarımsaqla bərabər çuğundur dilimləri yerləşdirin.
Marinad üçün 1 litr suya 200 qr şəkər tozu, 100 qr duz, 1 xörək qaşığı dənə istiot, 1 xörək qaşığı zirə, 2-3 dənə ətirli istiot, 1-2 ədəd mixək, 5-6 dənə qabıqlı hil, 2-3 dəfnə yarpağını bir qazana tökün. Qaynayan marinada uksus əlavə edib ocaqdan götürün.
Marinadaları bankalara bölüşdürün. İlk 10-15 gün sarımsaq turşusunu qapağı bağlı (möhkəm bağlamayın) olaraq otaq temperaturunda saxlayın.
Daha sonra qapağını möhkəm bağlayaraq soyuducuya yerləşdirin. Bir neçə ay ərzində sarımsaq turşusunu istifadə edə bilərsiniz.
Nuş olsun!
Еще с сайта: