Marketlərdə satılan limonadların tərkibində həddindən artıq şəkər tozu, dadlandırıcı və daha bir çox kimyəvi qatqı maddələri var. Bu ev şəraitində hazırlanan limonadı tamamilə damaq zövqünüzə görə hazırlayıb, şəkər miqdarını tənzimləyə bilərsiniz.
Limonad
Порций:
Время приготовления:
Tərkibi:
- 1 şüşə mineral su
- 7-8 ədəd limon
- 1 stəkan şəkər tozu
- 1 ədəd portağal
- 2 stəkan su
Hazırlanma qaydası:
Bir qazanda şəkər tozu və 2 stəkan su qaynadın. Ocaqdan götürün və içərisinə limon qabığı rəndəsi və 1 portağal qabığı rəndəsi əlavə edib qarışdırın. Soyuması üçün kənara qoyun. 8 ədəd limonun və 1 ədəd portağalın suyunu soyuyan şərbətə əlavə edin. Bir şüşə mineral su da əlavə edib qarışdırın və soyuducuya yerləşdirin. 1 gün ərzində soyuducuda saxlayın. Ertəsi gün bir tənzifdən süzüb buzla xidmət edin.
Nuş olsun!


Еще с сайта: