Lavandalı peçenye

Порций:   Время приготовления:

Qoxusu xoşbəxtlik gətirən lavandadan peçenye hazırlandığını bilirdinizmi? Yeni dadlar axtaranlar bu ətirli peçenyeni sınamağa dəyər.

Tərkibi:

60 ədəd üçün:

  • 180 qr kərə yağı

  • 120 qr şəkər tozu

  • 2 ədəd yumurta sarısı

  • 1 çay qaşığı qurudulmuş lavanda

  • 1 çay qaşığı rəndələnmiş limon qabığı

  • 325 qr un

Hazırlanma qaydası:

Bir qabda kərə yağıyla şəkər tozunu mikserlə çırpın.

Lavanda və limon qabığı əlavə edib qarışdırın.

Daha sonra yumurtaları bir-bir əlavə edərək dayanmadan çırpın. Un əlavə edib xəmir yoğurun.

Xəmirə uzunsov şəkil verib streç salafana bükün. Xəmiri donması üçün soyuducunun dondurucu rəfinə yarım saatlıq yerləşdirin.

Soyuducudan götürdüyünüz xəmiri 6-7 mm qalınlığında dilimləyin. Soba sinisinə düzün və 180 dərəcə qızdırılmış sobada təxminən 12 dəqiqə bişirin.

Nuş olsun!

Метки записи: ,