Krem pendirin ev şəraitində hazırlanma

Порций:   Время приготовления:

13342942_1171650586199340_4788264216590969696_njjSəhər yeməyində fərqli dad sınamaq istəyirsiniz? Olduqca dadlı və asan başagələn krem pendir hazırlayın.

Tərkibi:

  •  1 stəkan süd(yağlı)
  • 0,5 ədəd limon
  • 0,5 kq qatıq

Hazırlanması:

Bir qazana qatığı töküb qaynadın. Qaynayan kimi limonun şirəsini sıxın, qatıq çürüyəcək. Alınmış kütləni təmiz tənzifə töküb suyunun süzülməsini gözləyin.Suyu süzüləndən sonra bankaya töküb soyudun. Gecədən səhərə qədər sərin yerdə saxlayın.

Səhər südü qızdırıb ilıdın. İlıq südü də bankaya qarışımın üzərinə töküb, 3 saat gözləyin. Sonra kütləni blenderlə çalın. Süfrəyə verərkən zövqə görə şəkər kirşanı, meyvə və yaxud cem əlavə edə bilərsiniz.

Nuş olsun!


13315694_1171649839532748_1019291928631405478_n

Метки записи: