Koroğlu kababı
Порций:
Время приготовления:
Tərkibi:
-
can əti
-
quyruq
-
xırdalanmış qoz
-
zirinc
-
duz
-
istiot
Hazırlanma qaydası:
İlk öncə can ətini nazik tikəyə ayırın.
Üzərinə streç salafan keçirib mətbəx çəkici ilə döyəcləyin.
Kənarda quyruğu da döyəcləyib ətin üzərini örtəcək qədər düzün. Duz və istiot vurun. Üzərinə xırdalanmış qoz səpin və zirinc əlavə edib rulet şəklində bükün. Streç salafana bükülmüş ət ruletini 3– 4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz ət ruletini dilimləyin və kabab şişlərinə keçirin. Koroğlu kababını manqalda közərmiş kömür üzərində bişirin.
Nuş olsun!
Еще с сайта: