Yumşaq kəsmikli xəmirdən hazırlanmış bulkaların dadı çox gözəl olur. Soyuducuda artıq qalmış kəsmikdən belə ləzzətli bulkalar bişirək. Xəmir mayasız olduğu üçün onu acıtmağa da gərək yoxdur.
Kəsmikli xəmirdən dadlı bulka
Tərkibi:
- 400 qr kəsmik
- 200 qr marqarın
- yarım ç/q soda
- 3,5 stəkan un
- duz, şəkər tozu, vanil
Hazırlanması:
Kəsmiyi yaxşıca qarışdırıb, üzərinəəridilmişmarqarin əlavə edirik. Yenə qarışdırıb, bir çimdik duz da atırıq. Sodanı sirkə ilə söndürüb, Kütləyə qatırıq. Ardından isə ələnmiş unu töküb, yumşaq və azca ələ yapışan xəmir yoğururuq. Sonra xəmirdən qozdan biraz böyük kündələr qopardıb, təxini 5 mm enində dairəciklər yayırıq. Dairənin ortasına vanil və şəkər qarışımı səpib, qatlayırıq. Sonra yenidən vanilli şəkər tozu səpib, üçbucaq formasında qatlayırıq. Bu bulkalar formaca qaz ayağı peçenyesi kimi hazırlanır. Sadəcə daha yumşaq və asan başagələndir. Üçbucaqların üzərinə darçın səpib, 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişiririk. Bişən bulkaların üzərinə 10 dəqiqəlik dəsmal səririk ki, daha yumşaq olsun.
NUŞ OLSUN!