Kəsmikli xəmirdə almalı piroq

Порций:   Время приготовления:

Bu dadlı piroq həm böyüklərin, həm də uşaqların sevəcəyi bir şirniyyat növüdür.

Tərkibi:

  • 2,5 stəkan un

  • 250 qr kərə yağı

  • 200 qr kəsmik

  • 2/3 stəkan şəkər tozu

  • 1 paket vanil

  • 1 çay qaşığı qabartma tozu

  • 6 ədəd alma

  • darçın

  • mandarin dilimi (qayısı, qoz, qara gavalı)

Hazırlanma qaydası:

İlk öncə əridilmiş kərə yağını şəkər tozuyla çırpın. Üzərinə kəsmik əlavə edib qarışdırın. Un, qabartma tozu və vanili ələyib ələ yapışmayan xəmir yoğurun. Xəmiri streç salafana büküb yarım saatlıq soyuducuya yerləşdirin.

Almaları yuyub qabığını soyun, çəyirdəyini təmizləyin. Almaları yarım dilimləyin. Hər bir almanın içərisinə mandarin dilimi ( zövqə görə qoz, qara gavalı və s.) yerləşdirin.

Xəmiri 2 hissəyə bölün. Birini yayıb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Alma dilimlərini üzü aşağı formada xəmirin üzərinə düzün. Almaların üstünə darçın səpin. Əgər almalar çox turşdursa şəkər tozu əlavə etmək olar. Xəmirin ikinci hissəsini yayıb almaların üzərinə qoyun. Kənarlarını büküb üzərinə yumurta sarısı çəkin. 180 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə bişirin. Hazır piroqun üstünə şəkər tozu səpin və dilimləyib süfrəyə verin.

Nuş olsun!


Метки записи: ,