Kəsmikli hörük bulka
Tərkibi:
- 250 qr un
- 3 çay qaşığı qabartma tozu
- 100 qr şəkər tozu
- 1 paket vanil
- 125 qr kəsmik
- 1 ədəd yumurta
- 80 ml süd
- 50 qr əridilmiş kərə yağı
Hazırlanma qaydası:
Bir qabda şəkər tozunu yumurta ağıyla çırpın. Kəsmik, süd və yağ əlavə edib yaxşıca qarışdırın.
Unu da əlavə edib xəmir yoğurun.
Xəmiri 6 bərabər kündələrə bölün. Hər kündəni 3 hissəyə bölün. Unlanmış masanın üzərində təxminən 20-30 sm uzunluğunda zolaqlar şəkli verin və hörün.
Yağlı kağız sərilmiş soba sinisinə düzün və 15-20 dəqiqə kənarda saxlayın. Bir qabda yumurta sarısını 1 xörək qaşığı südlə qarışdırın və hörük bulkaların üzərinə fırçayla yaxın.
Bulkaların üzərinə şəkər tozu, qoz və ya küncüt səpə bilərsiniz.
Kənarda gözlədilən bulkaları öncədən 180-200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Nuş olsun!
