Yay mövsümündə xanımlarımızın ən çox hazırladığı "Kəsmikli desert" resepti çox sadə və faydalıdır. Əgər jelatinin haram məhsul olduğunu düşünüb, bu desertdən imtina edirsinizsə, bu problemin də sadə həlli var. Dana və inəyin birləşdirici toxumlarından hazırlanan halal jelatin əldə edib, özününüzü və doğmalarınızı bu dadlı şirniyyatla sevindirə bilərsiniz.
Kəsmikli desert (blanmanje)
Tərkibi:
- 700 qr yağsız kəsmik
- 250 qr xama
- 200 ml süd
- 200 qr şəkər tozu
- 30 qr jelatin
- zövqə görə mövsüm meyvələri
Hazırlanma qaydası:
Jelatinin üzərinə süd əlavə edib, 1 saat gözlədirik. Xama və kəsmiyi qarışdırıb, mikserlə qarışdırırıq. İstifadə edəcəyimiz meyvələri xırda doğrayıb, kütləyə əlavə edirik. Südlə jelatinli qarışımı ocağın üzərində biraz isidirik(qaynatmamaq şərtilə). Hər iki kütləni qarışdırıb, silikon keks formasına tökürük. 5 saat soyuducuda saxladıqdan sonra ləzzətli və bol proteinli Blanmanjeni süfrəyə veririk.
NUŞ OLSUN!