Kəsmikli alma deserti

Порций: 4 ədəd   Время приготовления: 25 dəqiqə

FB_IMG_1457346564164Təzə alma vitamin və mikroelementlər baxımından çox zəngindir. Bişmiş alma isə həzm prosesini yaxşılaşdırır,öskürəyi yumşaldır. Bu gün sizinlə kəsmik ilə doldurularaq bişirilən alma desertinin reseptini bölüşəcəyik.

Lazım olan ərzaqlar:

  • 4 ədəd alma
  • 100 qram kəsmik
  • 1 ədəd yumurta sarısı
  • 1 çay qaşığı bal
  • 10 dənə fındıq
  • 1,5 çay qaşığı manna yarması
  • 1 çay qaşığı kərə yağı
  • 1 çimdik darçın

Hazırlanma qaydası:

Fındıqları xırdalayıb, manna yarması səpin. Kərə yağını əridib, bu qarışımın üstünə tökün.  Kəsmik,yumurta sarısı və bal da əlavə edin. Almaları yuyub, içərisini qaşıqla oyub çıxardın. Almaları içliklə doldurub soba sinisinə düzün,180 dərəcə qızıdırlmış sobada 15 dəqiqə bişirin. Bişən almaların üzərinə darşın səpib, süfrəyə verin.

Nuş olsun! 


received_834938353319061-1 FB_IMG_1457346846880FB_IMG_1457346564164

Метки записи: