Kartof ruleti

Порций:   Время приготовления:

12966278_860812007398362_1339245521_nOlduqca doyumlu və ləzzətli yaşıl noxud, kök, kartofdan ibarət fərqli  salat. Ət yeməklərinin yanında qarnir olaraq və ya qəlyanaltı növü kimi süfrəyə verə bilərsiniz. Görünüşü isə olduqca gözəldir.  

Tərkibi:

  • 4 ədəd orta ölçülü kartof
  • 5 ədəd yerkökü
  • 1 stəkan konservləşdirilmiş yaşıl noxud(qorox)
  • yarım dəstə cəfəri
  • 2 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • yarım çay qaşığı istiot
  • yarım limonun suyu
  • 5 xörək qaşığı süzmə qatıq 

Hazırlama qaydası:

Kökü nərd zəri böyüklüyündə kub-kub doğrayıb qaynadın. Noxudla birgə  süzgəcin içində süzün. Kartofu qaynadın, qabıqlarını soyub, yaxşıca əzib püre halına gətirin. Limon suyu, duz,istiot, şəkər tozu və xırda doğranmış cəfəri əlavə edib qarışdırın. Streç sellofanı sərib, kartofu üzərinə 1 barmaq qalınlığında düzbucaqlı şəkildə əlinizlə yayıb, sellofanla birgə rulet şəklində bükün. Yarım saatlıq soyuducuya qoyun. Kartofu çıxarıb, ehtiyyatla ruleti açın. Qırılan yerləri əlinizlə hamarlaşdırın. Süzmə qatıq, kök və yaşıl noxudu duzlayıb yaxşıca qarışdırın. Kartofun üzərinə yayıb rulet şəklində bükün. Salatınızı soyuducuda saxladıqdan sonra, dilimləyib, süfrəyə verin.

NUŞ OLSUN!


12988003_860812150731681_1095873395_n12966278_860812007398362_1339245521_n

Метки записи: