Dünyanın bir çox yerlərində asanlıqla yetişən iydənin bir çox növü vardır. İydə ağacı 7 metrə qədər uzana bilir, yarpaqları yaşıl-gümüşü rəngdə, nazik, uzun və tüklüdür. Qabıqlı, oval, tüklü iydə meyvəsinin tumu xurma çəyirdəyinə oxşayır. May və iyun aylarında çiçək açan bu bitkinin meyvəsi payızda yetişir. Yağış suyu dəyməmişdən əvvəl toplanan meyvələr daha ləzzətli olur.
İydənin qida dəyərləri nədir?
İydə üzvi turşular, A, C, E vitaminləri, flaovan qlikozidlər, liflər, uçucu yağlar, yağ turşuları və dənə baxımından zəngin məzmuna malik bir meyvədir. Kalori dəyəri aşağı olduğundan pəhrizdə olanlar yeyə bilər.
İydənin faydaları nələrdir?
-
C vitamini baxımından olduqca zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyalarında faydalıdır.
-
İshalı kəsir, bağırsaq pozğunluğuna yaxşı təsir edir.
-
Öskürəyə yaxşı təsir edir.
-
Sidik yolu və böyrək xəstəliklərində müsbət təsir göstərir.
-
Ürəkbulanmanın və qusmanın qarşısını alır.
-
Başda ekzema olmaqla dəri xəstəliklərində şikayətləri azaldır.
-
Meyvələrin yüksək lif tərkibi həzm sisteminin möhkəmlənməsini təmin edir.