“Hədiyyə” tortu

Порций:   Время приготовления:

Adı və dadı hamıya tanış olan, Sovet dövrünün ən məşhur şirniyyatlarından olan "Hədiyyə" tortunun reseptini təqdim edirik.

Tərkibi:

24×24 sm-lik forma üçün

Biskvit üçün:

  • 4 ədəd yumurta

  • 120 qr un

  • 120 qr şəkər tozu

  • 1 çimdik vanil

"Şarlotta" kremi üçün:

  • 1 ədəd yumurta

  • 125 qr şəkər tozu

  • 80 ml süd

  • 150 qr kərə yağı

Sirop üçün:

  • 100 qr şəkər tozu

  • 110 ml qaynar su

Üzərinə səpmək üçün 120 qr araxis

Hazırlanma qaydası:

Biskvit üçün yumurtaların ağını şəkər tozunun yarısıyla yaxşıca çırpın.

Başqa bir qabda yumurta sarısını vanil və qalan şəkər tozuyla çırpın.

Çırpılmış yumurta ağını sarısıyla birləşdirin. Unu yumurta kütləsinin üzərinə ələyin və ehtiyyatla qarışdırın.

Xəmiri yağlı kağız sərilmiş soba sinisinə töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 35 dəqiqə bişirin. Bişən korju sobadan çıxarın və 15 dəqiqə soyudun. Soyuyan korju formadan çıxarın və yaxşıca soyuyan korju 2 hissəyə ayırın.

Sirop üçün qaynaq suyu şəkər tozuyla qarışdıraraq əridin.

Krem üçün yumurtanı şəkər tozuyla qarışdırın. Üstünə süd töküb tel çırpıcıyla çırpın. Orta ocaqda qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürüb bir az soyudun və üzərinə salafan keçirib (üstü qabıq tutmasın) yaxşıca soyudun.

Kərə yağını mikserlə çırpın. Dayanmadan qaşıq-qaşıq soyuyan südlü qarışıqdan əlavə edərək çırpmağa davam edin.

Üzəri üçün araxisi tavada və ya 200 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə qovurun. Bıçaqla xırdalayın (çox xırda yox).

Korjları şəkərli siropla isladın.

Kremin 3/4 hissəsini korjun üzərinə yaxın.

İkinci korju üzərinə yerləşdirin, üstünü və kənarlarını  kremləyin.

Xırda doğranmış araxislə tortu bəzəyin və 4-5 saatlıq soyuducuya yerləşdirin ( və ya 1 gecə).

Nuş olsun!

 
Метки записи: