Əziz gənc analar, balacalarınızı başınıza toplayıb, mətbəxə keçin, və bu dadlı qurabiyələri birgə hazırlayın.
Hazırlanma qaydası olduqca əyləncəli “Qurabiyələr”
Порций:
Время приготовления:
Tərkibi:
- 500 qr un
- 250 qr kərə yağı
- 200 qr şəkər tozu
- 2 ədəd yumurta
- 1 paket vanil
- 1 paket qabartma tozu
Hazırlanması:
Yağı kiçik ölçüdə doğrayıb, şəkər tozu ilə qarıdırın. Yumurtaları və vanili də əlavə edin. Un və qabartma tozunu da töküb, xəmir yoğurun. Xəmiri böyük kündə halına gətirib, sellofana bükün. Bir neçə saat soyuducuda saxlayıb, çıxardın. Kündəni oxlovla eni 0,5 sm ölçüsündə yayın. Şirniyyat formalarının köməyi ilə kəsin. 160 dərəcə isidilmiş sobada təxmini 10-15 dəqiqə bişirin. Zövqə görə qurabiyələrin üzərinə darçın da səpmək olar.
NUŞ OLSUN!

Еще с сайта: