Hazır milfoy xəmirindən qonaqlıq süfrələrinizi bəzəyəcək 4 reseptlə tanış olun.
Hazır qat-qat (milföy) xəmirdən 4 ləziz resept
Lazım olan ərzaqlar:
- 400 qr qat-qat xəmir
- 3 ədəd pomidor
- 1 ədəd bolqar bibəri
- 100 qr rəndələnmiş holland pendiri
- ketçup, pomidor sousu
- 5-6 ədəd zeytun
- 200 qr zövqə görə sosis və ya kolbasa
- 6 ədəd toyuq budu
- 500 qr qat-qat xəmir
- 200 qr holland pendiri
- 3 diş sarımsaq
- duz istiot
- 4 ədəd alma
- 500 qr qat-qat xəmir
- yarım ç/q darçın
- 4 x/q şəkər tozu
- 1 ədəd yumurtanın sarısı
- 30 qr kərə yağı
- 450 qr qat-qat xəmir
- 400 qr qiymə
- 1 baş soğan
- 1 tumurtanın sarısı
- duz, istiot
Hazırlanma qaydası:

Qat-qat xəmirdə toyuq budları
Öncə toyuğun budlarını yuyub, quruduruq. Sonra budları duz, istiot və xırda doğranmış sarımsaqla dadlandırırıq. Pendiri dilimlərə kəsib, hər buda ətlə dərinin arasına 2 dilim qoyuruq. Sonra soyuducuda çıxardığımız qat-qat xəmiri oxlovla yayıb, 2 sm enində lentlər kəsirik. Sonra ehtiyyatla toyuq budlarını lentə bükürük. Yağlı kağız sərilmiş soba sinisinə düzüb, üzərini folqa ilə örtürük. 200 dərəcədə 40 dəqiqə bişiririk. Sonra folqanı götürüb, 15 dəqiqə də qat-qat xəmir qızaranadək bişiririk. Hazır yeməyi süfrəyə verə bilərik.
Alma və darçın içlikli qat-qat xəmir
Almaların qabığını və içərisini təmizləyib, sürtgəcin iri gözündən keçiririk. Üzərinə şəkər tozu və darçın əlavə edib, yağlanmış tavada 5 dəqiqə qovururuq. Milföy xəmirini oxlovla açıb kvadratlar kəsirik. Ortasına almalı içlik qoyub, bütün uclarını konvert formasında birləşdiririk. Üzərinə yumurta sarısı çəkib, 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişiririk.
