Hazır lavaşda asan börək

Порций: 4 nəfərlik   Время приготовления: 15 dəqiqə

11081328_1564576983824227_5595423689967169684_nQəlyanaltı hazırlamaq üçün cəmi 15 dəqiqə vaxtınız var? Təqdim etdiyimiz olduqca asan börek reseptini sınayın.

Tərkibi:

  • 4 ədəd dördbucaqlı lavaş
  • 1 ovuc doğranmış şüyüd
  • 2 ədəd yumurta
  • 1 x/q un
  • 1 ədəd pomidor
  • 100 qr sürtgəcdən keçirilmiş holland pendiri
  • 3 x/q bitki yağı

Hazırlanması;

Doğranmış pomidor,şüyüd və pendiri qarışdırın. Təmiz səth üzərinə sərdiyiniz lavaşın üzərinə səpin. İçliyin üzərinə yenidən lavaş qoyub, eyni qaydada içlik səpin. Bu prosesi 3 dəfə təkrarlayın. Sonda lavaşı içliyin üzərinə örtüb, əlinizlə biraz basın. İti bıçaqla dördbuçaqlı formasında kəsin.

11112830_1564576987157560_1454435636518544661_n

Yumurta, un və zövqə görə duzu digər qabda yaxşıca çalın. Dilimləri hərtərəfli bu qarışıma batırıb, yağlı tavada ikitərəfli qızardın. Bu qəlyanaltı səhər yeməyi üçün də çox əlverişlidir.

11081328_1564576983824227_5595423689967169684_n

Метки записи: