Hamamın ideal təmizliyi üçün sirkə və qabyuyan vasitədən ibarət ən ucuz vasitə

Порций:   Время приготовления:

İşləyən xanımlar vaxt məhdudiyyətindən ev təmizliyinə yetərincə zaman ayıra bilmir. Bu isə özünü ləkəli və ərp bağlamış hamam və ayaqyolu divarlarında daha çox göstərir. Gün keçdikcə bu ləkələr bərkiyir və təmizləmək getdikcə çətinləşır. Sirkə və qabyuyan vasitə ilə hazırlanan məhlulla evinizdə ideal təmizliyə nail olacaqsınız.

sirkeli2

Tərkibi:

  • 1 stəkan qab yumaq üçün təmizləyici vasitə( məs: fairy)
  • 1 stəkan ilıq sirkə (alma və ya üzüm)
  • qıf
  • pulverizatorlu boş qab (məs: istifadə edib bitirdiyiniz şüşə təmizləyən vasitənin boş qabı)
  • süngər

Hazırlanma və istifadə qaydaları:

Öncə sirkəni ocağın üzərində isidin. Sirkə ilıq olmalıdır.

sirke

Sonra qıfı qabın ağzına qoyun. Öncə sirkəni sonra, qabyuyan vasitəni tökün. Qabın pulverizatorlu qapağını kip bağlayın. Qabı möhkəmcə çalxalayın ki, həm mayelər yaxşı qarışsın, həm də, bol köpük yaransın.

sirkee

Məhlulu hamam, kafel, vanna, unitaz və şüşələrə fısqırdıb, süngərlə yayın.

sirkeli

30 dəqiqə gözlədikdən sonra, soyuq su ilə yuyun. Mükəmməlnəticənin şahidi olun. Bu məhlulla döşəmələri də yuya bilərsiniz.

sirkeli2                   Mənbə: kakhacher.ru  
Метки записи: