Halvalı tort

Порций:   Время приготовления:

Bəzi şirniyyatlar var ki, orqanizm üçün faydalıdır. Günəbaxan halvası bunların sırasına aiddir. F və B1 vitaminlə zəngin günəbaxan halvasıyla tort hazırlaya bilərsiniz.

Tərkibi:

21 sm-lik forma üçün

Biskvit üçün:

  • 5 ədəd yumurta

  • 225 qr şəkər tozu

  • 1 çay qaşığı vanil

  • 190 qr un

Krem üçün:

  • 300 qr kərə yağı

  • 200 qr qatılaşdırılmış süd

  • 100 qr günəbaxan halvası

Sirop üçün:

  • 100 qr  qatılaşdırılmış süd

  • 100 ml qaynadılmış soyuq su

Qlazur üçün:

  • 140 qr şokolad (50-60% kakaо)

  • 35 qr kərə yağı

 

Hazırlanma qaydası:

Yumurta ağlarını şəkər tozunun yarısıyla çırpın.

Biskvit üçün yumurta sarılarını vanil və qalan şəkər tozuyla birlikdə ayrı qabda çırpın. Çırpılmış yumurta ağlarını yumurta sarısıyla birləşdirin. Unu yumurta kütləsininin üzərinə ələyib ehtiyyatla qarışdırın. Diametri 21 sm olan dairəvi formaya xəmiri tökün və 180 dərəcə qızdərılmış sobada təxminən 35 dəqiqə bişirin. Bişən korju sobadan çıxarın və formanın içində 15 dəqiqə  soyudun. Soyuyan korju formadan çıxarıb yaxşıca soyudun və 3 hissəyə ayırın.

Krem üçün otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə çırpın. Otaq temperaturunda olan qatılaşdırılmış südü də əlavə edib yaxşıca çırpın.

Halvanı rəndənin xırda gözündən keçirin. Xırdalanmış halvanı çırpıdığınız kremə qarışdırın.

Sirop üçün qatılaşdırılmış südlə suyu qarışdırın.

Qlazur üçün kərə yağı və şokoladı su hamamında əridin.

Tortun ilk korjunu qoyun və sirop səpin. Krem yaxıb ikinci korju üzərinə yerləşdirin. Sirop səpib üçüncü korju da yerlşdirin. Tortun üstünü və kənarlarını kremləyin. Tortun üzərinə şokoladlı qlazur tökün. Tortu bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin. Zövqə görə tortun üstünü  bezelərlə bəzəyin və süfrəyə verin.

Nuş olsun!

Метки записи: